Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
959

Məclisi-fəramuşan” Azərbaycan-Özbəkistan şairlərinin növbəti poeziya görüşləri keçirildi

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan və Özbəkistan Yazıçılar Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin dəstəyi ilə cari ilin mart ayından keçirilməsinə start verilən Azərbaycanın və Özbəkistanın gənc şairlərinin iştirakı ilə “Məclisi-fəramuşan” növbəti poeziya görüşləri keçirilib.

Onlayn formatda keçirilən poeziya görüşündə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa ili” elan edildiyini və bu münasibətlə rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda çoxsaylı tədbirlərin, layihələrin reallaşdırıldığını bildirib. O, iki əsrdən sonra bərpa olunan məclisin keçirilməsinin əhəmiyyəti, onun iki ölkə arasında dostluq, əməkdaşlığın inkişafına töhfəsi, ədəbiyyat sahəsində yeni istedadların üzə çıxarılması və Türk dünyası arasında ədəbi əlaqələrin genişlənməsinə dəstək olacağını qeyd edib.

Samir Abbasov ötən ay “Məclisi - fəramuşan” poeziya görüşlərinin Ermənistan işğalından azad olunan Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada keçirildiyini və hər iki ölkənin dövlət nümayəndələri, mədəniyyət, ədəbiyyat xadimlərinin rəsmi açılış tədbirində iştirakını, Azərbaycan Dövlət Televiziyasının “Körpü” verilişinin bütövlükdə Şuşada keçirilən “Məclisi - fəramuşan” poeziya görüşlərinə həsr olunmasını tarixi və əlamətdar hadisə olduğunu vurğulayıb.

Diplomat “Məclisi - fəramuşan” poeziya görüşləri vasitəsi ilə iki ölkə arasında ədəbiyyat sahəsində əməkdaşlıq platformasının yaradıldığını, şairlər öz şeirlərini təqdim etməklə yanaşı,  gələcəkdə ədəbiyyatın aktual məsələlərinə dair fikir mübadiləsi aparmaq imkanı əldə edə biləcəklər. S.Abbasov növbəti illərdə məclisinin Türk Dünyasının digər ölkələrinin ədəbiyyat, yaradıcı təşkilatlarının, şairlərinin də cəlb ediləcəyini qeyd edib.

Daha sonra hər iki ölkənin şairləri öz şeirlərini təqdim ediblər.

Azərbaycan şairləri Elvin Əlizadə, Oğuz Alparslan, Gülnarə İsrafil, Emil Rasimoğlu, Samir Mustafayev, Özbək şairlər Başorat Otajonova, Suhrob Ziyo, Rashid Xojamov, Parizoda Axrorxojayeva, Alişer Navoiylik “Məclisi-fəramuşan” poeziya görüşündə öz şeirlərini səsləndiriblər.

Qeyd edək ki,  Azərbaycan tərəfdən məclisin moderatoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Fuad Cəfərli, Özbəkistan tərəfindən Özbəkistan Yazıçılar Birliyinin üzvü, şairə Nargiz Asadova olmuşdur.

Məclisdə səsləndirilən şeirlər ilin sonunda Azərbaycan Mədəniyyət Nazirliyi və Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında tərcümələri həyata keçirilərək Azərbaycan və Özbək dillərində nəşr olunacaqdır.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib