Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
5420

Əsəd Karaca: Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsidir

Qarabağa, Şuşaya birinci dəfədir səfər edirəm. Azərbaycanın İkinci Qarabağ savaşındakı mücadiləsini böyük həyəcanla izləyirdik. Nəyinki mən, bütün Türkiyə hər gün Azərbaycan əsgərinin döyüş meydanında qazandığı qələbəni böyük qürurla qeyd edirdi. Eşitdiyimiz qələbə xəbərləri bütün Türkiyədə sevinclə qarşılanırdı. Şükürlər olsun ki, bu müharibə Azərbaycan xalqının qələbəsi ilə başa çatdı.

Bu fikirləri V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının iştirakçısı türkiyəli sənətçi Əsəd Karaca söyləyib.

Azərbaycan torpaqlarının 30 ilə yaxın düşmən tapdağı altında qaldığını söyləyən türkiyəli sənətçi deyib: “Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı sinəsinə daş basıb bu zülmə də, bu dərdə də dözdü, bir gün işğal olunmuş torpaqlarının yenidən qaytarılacağı ümidi ilə yaşadı. Nəhayət 44 günlük Vətən müharibəsi Azərbaycanın 28 illik həsrətinə son qoydu. Azərbaycan xalqının tarixi-mədəni irsində xüsusi yeri olan Şuşa geri qaytarıldı. Beləliklə, Azərbaycanın qədim şəhərinin işğaldan azad edilməsi ilə həlledici üstünlüyə nail olundu. Tam qətiyyətlə deyirəm ki, Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsidir”.

O, Azərbaycanda özlərini doğma evlərindəki kimi hiss etdiklərini bildirib: “Şuşada qardaşlarımızla bir yerdəyik. Belə bir festivalda iştirak etdiyimizə görə çox sevincliyik. Bu axşam Türkiyəyə qayıdacağıq. Amma ağlımız, könlümüz burada olacaq. Çünki buranın təbii gözəlliyindən əlavə, gözəl insanları ilə bir yerdə olmaq bizi çox qürurlandırdı. İnşallah qismət olarsa buraya yenə gələrik. Azərbaycan dünyada öz sözünü demiş, hünərini göstərmiş, nəyə qadir olduğunu sübut etmiş bir ölkədir. İnanırıq ki, bu ölkə daha da yüksələcək, daha da inkişaf edəcək. Bu bölgənin, bu coğrafiyanın sülh içində olmasını istəyirik. Yaxşı ki, varsınız, yaxşı ki, Azərbaycandayıq...”

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib