Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3290

“Autizm aylığı” çərçivəsində “İncəsənət ruhu oyadır” adlı elmi-praktik seminar təşkil edilmişdir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən 12 aprel  2022-ci il tarixində Yasamal rayon Heydər Əliyev Mərkəzində “İncəsənət ruhu oyadır” adlı elmi-praktiki seminar təşkil olunub.

Seminarın məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların mədəniyyət və incəsənət vasitəsi ilə cəmiyyətə adaptasiya edilmələri üçün geniş şərait yaratmaqdır.

Mərkəzin cari ilin birinci yarımilin İş planına uyğun olaraq keçirilmiş seminar Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova və Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəylinin salamlama nitqi ilə açıq elan edilmişdir. Həmçinin, S.Xələfbəyli qeyd etdi ki, autizm spektr pozuntusu olan uşaqların cəmiyyətə inteqrasiya olunması prosesində, habelə sözügedən uşaqlarda müxtəlif bacarıqların inkişaf etdirilməsində bir sıra qurum və mütəxəssislərin müştərək fəaliyyət göstərməsi çox önəmlidir.

Tədbirdə hökumət və qeyri-hökumət təşkilatlarının, müxtəlif qurumların nümayəndələri və Mərkəzin əməkdaşları iştirak edib. Ombusdman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin məsləhətçisi Şəbnəm Cəfərova, Sosial Xidmətlər Agentliyi Sosial müəssisələrlə iş departamentinin müdir müavini Sara Ağayeva, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Səbinə Babazadə, Azərbaycan Respublikası Təhsil İnstitutunun Elmi katibliyin xüsusi və inklüziv təhsil üzrə mütəxəssisi, pedaqogika üzrə fəlsəfə doktoru Lalə İmanova, Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Kamran Salayev, “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının əməkdaşı, “Nəfəs” Psixonevroloji sağlamlıq akademiyasının təsisçisi İkram Rüstəmov və  Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov geniş və əhəmiyyətli mövzuları əhatə edən mühazirələrlə çıxış etmişdirlər.

Mütəxəssislər qeyd etdilər ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların digər insanlardan fərqləndirilməməsi, onların cəmiyyətin bərabərhüquqlu fərdləri kimi yaşaması, cəmiyyətə inteqrasiya olunmaları, komplekslərdən qurtulmaları üçün əlimizdən gələni əsirgəməməliyik. Vurğulandı ki, bunun üçün mütəmadi olaraq onlarla ünsiyyətdə olmaq, ehtiyaclarını öyrənmək, onlara mənəvi cəhətdən yardım göstərmək, daima dinləmək və anlamağa çalışmaq lazımdır.

Ekspertlər eyni zamanda bildirmişlər ki, autizm spektr pozuntusu olan insanların, xüsusilə uşaqların cəmiyyətə tam və bərabərhüquqlu inteqrasiyası üçün geniş ictimaiyyət arasında müəyyən təbliğat xarakterli işlərin aparılması olduqca vacib bir məsələdir.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin autizm spektr pozuntusu diaqnozu müəyyən edilmiş insanların cəmiyyətə inteqrasiya olunması prosesinə göstərdiyi diqqət və marağın son dərəcə önəmli olduğu qonaqlar tərəfindən xüsusilə vurğulanmışdır.

Qeyd edək ki, seminarın bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Əlisahib Bayramovun, “Mavi ürəklər” xor qrupunun (fortepianoda müşaiyət: Arzu Səmədqızı) ifaları dinlənilib, Heydər Əliyev muzeyinin ekspozisiyasına, tematik videoçarxına və autizm spektr pozuntusu olan uşaqların rəsm əsərləri və əl işlərindən ibarət sərgiyə baxılıb. Tədbirin son hissəsində isə qonaqlar “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən reabilitasiya mərkəzinın dəstəyi ilə autizm spektr pozuntusu olan uşaqlar tərəfindən hazırlanan müxtəlif təamları dadmışdırlar.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb