Azərbaycan Milli İncəsənət Muzeyinin Rəngkarlıq fondu müasir fond avadanlıqları ilə təchiz edilib
1402
02.12.2021
02.12.2021 02:28
1 dekabrda mədəniyyət naziri Anar Kərimov Azərbaycan Milli İncəsənət Muzeyi üçün alınan yeni fond avadanlıqlarına baxış keçirdi.
Azərbaycan Milli İncəsənət Muzeyinin Rəngkarlıq fondunda rəsm əsərlərinin yerləşdirilməsi üçün daha əlverişli imkan yaradılıb. Rəsm əsərlərini səliqəli, effektiv və müasir standartlara uyğun şəkildə yerləşdirməklə 55 kv.m-lik sahədə xüsusi stellajlar vasitəsilə 225 rəsm əsərinin saxlanılması təmin olunmuşdur.
Fond avadanlıqlarını Böyük Britaniyanın məşhur “Rackline” şirkəti təmin etmişdir. Dünyanın bir sıra aparıcı muzeyləri, o cümlədən Viktoriya və Albert Muzeyi üçün fond avadanlıqları məhz bu şirkət tərəfindən təchiz edilmişdir.