"Azərbaycanın Cənub bölgəsinin mətbəx mədəniyyəti" respublika elmi-praktiki konfransı keçirilib
15 oktyabr 2021-ci il tarixdə Lənkəran şəhərində “Azərbaycanın Cənub bölgəsinin mətbəx mədəniyyəti” respublika elmi-praktiki konfransı keçirilib. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Lənkəran Turizm İnformasiya Mərkəzi tərəfindən təşkil edilib.
Konfransın açılışından öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Lənkəranda ucaldılan abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Tədbir çərçivəsində keçirilən “Lənkəran mətbəxi uşaqların gözü ilə” rəsm sərgisi ilə tanış olublar.
Elmi konfransda Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texnologiya Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Kooperasiya Universiteti və AMEA-nın alimləri məruzələrlə çıxış edib.
Lənkəran Dövlət Universitetinin rektor müşaviri, texnika üzrə elmlər doktoru, dosent Mikayıl Məhərrəmovun sədrliyi ilə keçirilən tədbirin keçirilməsində məqsəd Azərbaycanın Cənub bölgəsinin milli mətbəx mədəniyyətinin daha dərindən araşdırılması, ictimaiyyətə və gənc nəsilə çatdırılması və s. məsələləri əhatə edir.
Qeyd etmək lazımdır ki, səsləndirilən elmi məruzələr kitab şəklində çap ediləcək.
Konfrans cənub mətbəx mədəniyyəti festivalı ilə müşayət edilib.