Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1891

Bir qrup mədəniyyət və incəsənət xadiminə mükafatlar təqdim olundu

Oktyabrın 5-də Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin 29 mart 2020-ci il, 17 mart, 5 iyun, 31 iyul 2021-ci il tarixli sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət və incəsənət xadiminə mükafatların təqdimetmə mərasimi keçirildi.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə göstərilən dövlət qayğısından danışdı. Vurğuladı ki, vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən mədəniyyət və incəsənət xadimlərinə göstərilən diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mədəniyyətimizin dünyada tanıdılması və təbliği istiqamətində görülən işlərdən söz açan nazir Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə mühüm xidmətləri olduğunu xüsusi qeyd etdi. Bildirildi ki, mədəniyyətimizin inkişafı daim dövlət başçısının diqqət mərkəzində olub: “Bildiyiniz kimi, cənab Prezidentin tapşırığı ilə Mədəniyyət Nazirliyində islahatlara başlamışıq. Məqsəd mədəniyyətimizin inkişafında cəmiyyətimizin rolunun artırılmasına nail olmaqdır. Bu missiyanın gerçəkləşməsində görkəmli mədəniyyət xadimlərinin fəaliyyəti də böyük təsirə malikdir. Əcdadlarımızdan bizə miras qalan mədəniyyətimizi daha da dirçəldib irəliyə aparmalıyıq. Çalışmalıyıq ki, yeni nəsli də bu ruhda tərbiyələndirək”.

Tədbirin əlamətdar tarixdə – Beynəlxalq Müəllimlər Günündə keçirildiyini diqqətə çatdıran Anar Kərimov bildirdi ki, əgər müəllimin auditoriyası sinif otağıdırsa, sənət insanlarının auditoriyası cəmiyyətdir. İncəsənət və mədəniyyət xadimləri cəmiyyətə və gənc nəslə ənənələrimizin və milli mədəniyyətimizin ötücüləridir. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının 100 illik yubileyi ərəfəsində mükafatlandırıldığını deyən nazir dövlətin teatr sahəsinə göstərdiyi diqqət və qayğıdan söz açdı. Bildirdi ki, bu təkcə aktyorlara ayrılan diqqətlə bitmir, həmçinin teatrların maddi-texniki bazaları da yaxşılaşdırılır. “Hər bir ölkənin ən böyük səfirləri onun sənət adamlarıdır. Bu gün bu işi həyata keçirmək ikiqat məsuliyyətlidir. Bu gün doğma Qarabağımız işğaldan azad olunub və mədəniyyət sahəsində mücadiləmiz isə hələ də davam edir. Azərbaycan əsrlərdən gələn zəngin mədəniyyəti və adət-ənənələri ilə tanınır. Bu ənənənin daşıyıcıları isə həm də incəsənət xadimləridir”, - deyə nazir əlavə etdi.

Çıxışının sonunda Anar Kərimov təltif olunanları təbrik etdi, onlara yaradıcılıq uğurları arzuladı.

Daha sonra ölkə başçısının müvafiq sərəncamları ilə “İstiqlal”, “Şərəf” ordenləri və digər fəxri adlarla təltif edilən mədəniyyət və incəsənət xadimlərinə mükafatların vəsiqə və medalları təqdim olundu.

"İstiqlal" ordeninə layiq görülən Xalq artisti Xuraman Qasımova sənətə gəlişi ilə bağlı xatirələrini dilə gətirdi. Bildirdi ki, hələ gənc yaşlarında Milli İncəsənət Muzeyində dəfələrlə konsertləri lentə alınıb. Valideynlərinin düzgün istiqamətləndirmələri nəticəsində Fidan və Xuraman Qasımovalar hər zaman Azərbaycan mədəniyyətini bütün dünyada layiqincə təbliğ etməyə çalışıblar: “Yaradıcılığımız həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev tərəfindən hər zaman yüksək qiymətləndirilib. Buna görə də ölkə Prezidentinə dərin təşəkkürümüzü bildiririk”.

“Şərəf” ordeni ilə təltif olunan Xalq artisti Flora Kərimova ilk növbədə 80 yaşı ərəfəsində doğma yurdu Şuşanın azad edilməsindən qürur duyduğunu dilə gətirdi. O, şanlı Qələbəyə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını ifadə etdi, yaradıcılığına olan diqqətə görə, xalqının sevgisinə görə təşəkkürünü bildirdi.

Akademik Rus Dram Teatrı aktyorlarına mükafatlar təqdim olunan zaman “Xalq artisti” fəxri adını alan aktyor Fuad Osmanov özünün bir aktyor kimi yetişib bu məqama çatmasında əməyi olan əziz kollektivinə minnətdar olduğunu dedi.

3-cü dərəcəli "Əmək" ordeni, "Tərəqqi" medalı, "Əməkdar artist", "Əməkdar mədəniyyət işçisi" fəxri adları alan teatr kollektivi fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirdilər.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi