Mədəniyyət Nazirliyinin rəhbərliyi və mədəniyyət xadimləri Ulu Öndərin məzarını ziyarət edib
4124
14.12.2020
14.12.2020 10:12
Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, nazirliyin rəsmiləri və yaradıcı təşkilatların rəhbərləri Fəxri Xiyabanda Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.